Qırğız Respublikasının sabiq prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl filizi yatağının fəaliyyəti ilə bağlı iş üzrə beynəlxalq axtarışa verilib.
“Report” TASSME-yə istinadən xəbər verir ki, bu barədə Bişkekdə keçirilən mətbuat konfransı zamanı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyev məlumat verib.
“Kumtor işi ilə əlaqədar olaraq sabiq prezidentlər Akayev və Bakiyev beynəlxalq axtarışa verilib”, - o bildirib.
Onun sözlərinə görə, Kumtorda korrupiya işinin fiqurantları arasında daha bir neçə yüksək vəzifəli məmur da var.