Qırğızıstanın Baş Prokurorluğu Tacikistanı iki dövlətin sərhədində silahlı konfliktin gedişatında bir sıra beynəlxalq razılaşmaları pozmaqda ittiham edib.
“Report” xəbər verir ki, bu barədə TASS Qırğızıstanın baş nəzarət orqanının xəbərinə istinadən bildirib.
Prokurorluq hücum faktları və digər cinayətlər barədə cinayət işi açıb. Rəsmi Bişkek Tacikstanın aprelin 29-da Batken bölgəsində quldur birləşmələri və nizami qoşunların Qırğızıstan Respublikasının sərhədlərinə xaincəsinə hücum etdiyini bildirib.
Hücumun mülki əhaliyə qarşı avtomat, minaatan, döyüş helikopteri, ağır zirehli texnika, artilleriya heyəti və digər silah növlərinin tətbiqi ilə həyata keçirildiyi bildirilir.
Prokurorluğun məlumatına görə, Tacikistan BMT-nin 1976-cı il Ümumi İnsan Hüquqları bəyannaməsinin tələblərini pozub. Qırğızıstan eyni zamanda MDB-nin 1991-ci ildə yaradılması haqqında razılaşmanı, Qırğızıstan və Tacikistan Respublikası arasında 1996-cı ilin dövlətlərarası münasibətlərinin əsasları haqqında müqavilələri, habelə digər razılaşmarı pozmaqda ittiham edib.