Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.
"Report"un məlumatına görə, bu barədə TASS-a Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
"Axşam saat 20-də (Bakı vaxtı üzrə saat 18:00) 2 483 seçki məntəqəsi bağlanıb, hansılar ki, bu gün səhər saat 8:00-dan (Bakı vaxtı ilə saat 06:00) işləyib", - Mərkəzi Seçki Komissiyasının nümayəndəsi bildirib. Onun məlumatına görə, səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir, buna görə də rəqəmlər dəyişəcək.
Səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.
MSK-nın rəhbəri Nurjan Şayldabekova bildirib ki, səsvermənin ilkin nəticələri onun başa çatmasından sonrakı 1 saat ərzində məlum olacaq.
Seçkilərdə 420 şəhər və kənd şuralarındakı 7 560 yerə 18 772 namizəd iddialıdır, onlardan 63-ü siyasi partiyaların namizədləri kimi qeydə alınıb, digərləri namizədliklərini müstəqil irəli sürüblər.
Qeyd edək ki, Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilib. Seçicilərin 30%-nin səsvermədə iştirak edəcəyi halda referendum baş tutmuş hesab edilir. Referendumla eyni zamanda ölkənin 28 şəhərində və 420 kənd dairəsində yerli şuralara seçkilər keçirilib.