Qırğız Respublikasının 20 vətəndaşı Əfqanıstandan ölkələrinə qayıdıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ombudsmanı Tokon Mamıtov məlumat verib.
“Qırğız Respublikasının Kabildəki səfirliyinin Rusiya və Mərkəzi Asiya ölkələrinin səfirlikləri ilə qarşılıqlı fəaliyyəti nəticəsində bu məsələ həll edildi və Əfqanıstanda qalmış təxminən 20 vətəndaşımız ölkəyə qayıtdı”, - o deyib.