Qırğızıstan və Tacikistan qoşunlarını sərhəddən çıxarmaq barədə razılığa gəlib

Qırğızıstan və Tacikistan qoşunlarını sərhəddən çıxarmaq barədə razılığa gəlib Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.
Digər ölkələr
12 Aprel , 2022 22:56
Qırğızıstan və Tacikistan qoşunlarını sərhəddən çıxarmaq barədə razılığa gəlib

Qırğızıstan və Tacikistanın nümayəndələri hərbi texnikanın münaqişə zonasından çıxarılması barədə razılığa gəliblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb.

Danışıqlar zamanı əlavə qüvvə və vasitələrin daimi dislokasiya məntəqələrinə çıxarılması ilə bağlı qərar qəbul edilib.

"Dərhal tərəflər silahlı qüvvələrini və hərbi texnikanı hadisə yerindən çıxarmağa başlayıblar", - məlumatda deyilir.

Xatırladaq ki, bu gün Qırğızıstan və Tacikistan sərhədçiləri arasında ardıcıl olaraq iki atışma baş verib. İkinci atışma zamanı bir qırğız əsgəri yaralanıb.

20:39

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.

Son xəbərlər

Orphus sistemi