Venesuelanın müxalifət lideri Xuan Quaido şənbə günü yeni növ koronavirusa yoluxduğunu açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə tvitterdə bildirib.
“Tam məsuliyyətlə ölkəyə məlumat vermək istəyirəm ki, dörd gün karantində olduqdan sonra COVID-19 testimin nəticəsi müsbət çıxdı”, - Quaido yazıb.
Qeyd edək ki, cümə axşamı Venesuela hökuməti Quaidoya qarşı koronavirusun yayılmasının qarşısının alınması üçün nəzərdə tutulan dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə cinayət işi başladıb.