BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Rusiya hərbçilərinin ciddi ziyan vurduğu Kiyev vilayətinin Borodyanka qəsəbəsinə gəlib.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Quterreş Ukraynanın azad edilən qəsəbəsində hərbçilərlə və jurnalistlərlə danışıb.
“Mən ailəmi indi dağılan və yanan evlərdən birində təmsil edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. 21-ci əsrdə müharibələr qəbuledilməzdir”, - baş katib vurğulayıb.
Onun sözlərinə görə, səfərlər ölkələr arasında münaqişənin dinc yolla həllinə nail olmaq cəhdləri ilə bağlıdır.
Qeyd edək ki, BMT-nin baş katibi Moskva səfərindən sonra aprelin 27-də Ukraynaya gəlib.