Qvatemalada torpaq mübahisəsi qarşıdurmaya səbəb olub, ölənlər var

Qvatemalada torpaq mübahisəsi qarşıdurmaya səbəb olub, ölənlər var Qvatemalanın cənub-qərbində iki bələdiyyə sakinləri arasında torpaq mübahisəsi qarşıdurmaya səbəb olub.
Digər ölkələr
19 Dekabr , 2021 11:20
Qvatemalada torpaq mübahisəsi qarşıdurmaya səbəb olub, ölənlər var

Qvatemalanın cənub-qərbində iki bələdiyyə sakinləri arasında torpaq mübahisəsi qarşıdurmaya səbəb olub.

"Report" xəbər verir ki, bu barədə ölkəsinin Milli Mülki Polisi tviterdə məlumat yayıb.

Qarşıdurma zamanı azı 13 nəfər ölüb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Həmçinin iki polis xəsarət alıb.

Qeyd edək ki, ümumi sərhədi paylaşan Nahuala və Santa Katarina bələdiyyələrinin ərazisində torpaq mübahisəsi zəminində toqquşmalar mütəmadi qeydə alınır. Təxminən 100 ildir ki, onların sakinləri əvvəllər bir neçə dəfə qan tökülməsinə səbəb olan sərhəddə ərazi mübahisəsi aparırlar.

Son xəbərlər

Orphus sistemi