Böyük Britaniya ATƏT Parlament Assambleyasının (PA) iyul sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyəti üzvlərinə viza verməkdən imtina edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Məsələr üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov bildirib.
“Böyük Britaniya hökuməti Rusiyanın ATƏT PA-dakı nümayəndə heyəti üzvlərinə viza verilməməsi haqqında biabırçı cavab verib”, - o deyib.
Xatırladaq ki, ATƏT PA-nın 26-cı illik sessiyası iyulun 2-dən 6-dək Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək.