Rəsmi Varşava: "Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb"

Rəsmi Varşava: "Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb" Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb.
Digər ölkələr
10 Avqust , 2023 14:22
Rəsmi Varşava: Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb

Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Prezident Ofisinin rəhbəri Pavel Şrot deyib.

Onun sözlərinə görə, iki ölkə arasında konfliktin ən gərgin mərhələsi artıq keçmişdə qalıb: “Mövcud fikir ayrılıqlarına sakit yanaşmaq, münasibətlərin qorunmasına çalışmaq lazımdır. Elə etməliyik ki, münasibətlərimiz yaxşı olsun”.

Xatırladaq ki, Ukraynanın Varşavadakı səfiri Vasil Zvariçi avqustun 1-də Polşa Xarici İşlər Nazirliyinə çağırılmışdı. Buna səbəb kimi Ukrayna hakimiyyətinin Polşanın dəstəyini lazımi səviyyədə qiymətləndirməməsi göstərilmişdi.

Son xəbərlər

Orphus sistemi