Reuters: Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib

Reuters: Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib Donald Trampın baş müşaviri Brayan Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin seçilmiş prezidentinin mövqeyini əks etdirmir.
Digər ölkələr
10 Noyabr , 2024 08:03
Reuters: Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib

Donald Trampın baş müşaviri Brayan Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin seçilmiş prezidentinin mövqeyini əks etdirmir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Brayan seçki kampaniyasında işləmək üçün işə götürülmüşdü”, – deyə agentlik Tramp qərargahının nümayəndəsinin sözlərini sitat gətirir. “O, prezident Tramp üçün işləmir və onun adından danışmır”.

Daha əvvəl Lanza BBC-yə bildirmişdi ki, Ukrayna ərazilərin qaytarılması barədə düşünmək əvəzinə, Trampın Rusiya ilə “realist dünya görüşünü” qəbul etməlidir. Müşavir həmçinin vurğulamışdı ki, Trampın gələcək administrasiyası Ukraynanın əks-hücum imkanlarını təmin etmək əvəzinə, məhz sülhə nail olmaq məsələsinə diqqət yetirəcək.

Son xəbərlər

Orphus sistemi