Roma papası Fransisk Ukrayna ətrafında yaranmış vəziyyətə görə təəssüf edib və dünya liderlərini bu vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.
“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ukrayna ətrafındakı vəziyyətin pisləşməsi ürəyimi çox ağrıdır. Son bir neçə həftə ərzində göstərilən diplomatik səylərə baxmayaraq, hadisələr həyəcan doğurur. Bütün tərəflərin insanlara əzab verən addımlardan çəkinməsi üçün dua edirəm” – deyə katoliklərin ruhani lideri bildirib.