Roma Papası Fransisk 2021-ci ilin martında İraqa səfər edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın (Vatikan) Mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.
“İraq Respublikası və yerli katolik kilsəsinin dəvətini qəbul edərək Papa Fransisk 2021-ci il martın 5-dən martın 8-dək bu ölkəyə səfər edəcək”, - o bildirib.
M.Bruninin sözlərinə görə, Papanın səfərinin proqramı bir müddət sonra açıqlanacaq. Bununla belə, onun paytaxt Bağdad, həmçinin Ərbil, Mosul və Qaraqoş şəhərlərində xristian dini ilə bağlı mərkəzləri ziyarət edəcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin noyabrında Papa İraqın o vaxtkı yeni prezidenti Bərham Salehi qəbul etmişdi.