Rumıniya hökuməti Rusiyanın Buxarestdəki səfirliyinin hərbi attaşesinin köməkçisini arzuolunmaz şəxs (persona non grata) elan edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı Rumıniya XİN yayıb.
XİN-dən bildiriblər ki, diplomatın “fəaliyyəti və hərəkətləri 1961-ci il tarixli Diplomatik münasibətlərə dair Vyana konvensiyasına zidd gəlir”.
Xatırladaq ki, aprelin 23-də Latviya, Litva və Estoniya rusiyalı diplomatları öz ərazilərindən qovduqlarını elan ediblər.