Rumıniyanın Konstansa şəhəri yaxınlığında “Petromidiya” neft emalı zavodunda baş verən partlayışda 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Digi24” yayıb.
Hadisə iyulun 2-də günorta saatlarında Konstansa şəhərinin 25 km şimalında baş verib. Partlayışdan sonra yanğın başlayıb. Yanğının tüstüsü Mamaya çimərliyindən, başqa yaxın şəhərlərdən, o cümlədən Konstansadan da müşahidə olunub.
Partlayışın səbəbi hələ məlum deyil.
Qeyd edək ki, hadisənin baş verdiyi zavod Rumıniyanın ən iri neft emalı müəssisəsidir.