Rusiya sahibkarlarının 30 milyard avro vəsaiti dondurulub

Rusiya sahibkarlarının 30 milyard avro vəsaiti dondurulub Avropa İttifaqı və “G-7”liyə daxil olan dövlətlər Rusiya sahibkarlarının bank hesablarındakı 30 milyard avro maliyyə vəsaitini dondurub.
Digər ölkələr
30 Sentyabr , 2022 15:41
Rusiya sahibkarlarının 30 milyard avro vəsaiti dondurulub

Avropa İttifaqı və “G-7”liyə daxil olan dövlətlər Rusiya sahibkarlarının bank hesablarındakı 30 milyard avro maliyyə vəsaitini dondurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders Madriddə keçirilən “Yeni iqtisadiyyat” forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, Avropadakı oliqarxların bu müddət ərzində 14,6 milyard avro maliyyə vəsaitini dondurmaq mümkün olub: “Böyük yeddilik”lə birlikdə bu rəqəm 30 milyard avro təşkil edib".

Komissar deyib ki, Rusiya Mərkəzi Bankının isə ehtiyatından 300 milyon avro vəsait müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi