Finlandiya gömrükçüləri Rusiya və Belarusa məxsus 60 yük maşınını geri qaytarıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Gömrük Xidməti məlumat yayıb.
Bildirilib ki, bu barədə qərar Avropa İttifaqının Rusiya və Belarus qeydiyyat dövlət nişanlarına malik avtomobillərdə yük daşınmasını qadağan edən növbəti sanksiyalar paketi aprelin 9-da qüvvəyə mindikdən sonra qəbul edilib.