“Finlandiyanın NATO-ya üzv olması Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərməyə bilməz”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Finlandiyanın NATO-ya üzv qəbul olunması ilə əlaqədar olaraq Rusiya təhdidlərin qarşısını almaq məqsədilə hərbi-texniki və digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq”, - bəyanatda bildirilir.
Rusiya XİN bəyan edib ki, bununla Finlandiya NATO-nun kiçik, qərarlara təsir gücü olmayan dövlətə çevrildi və beynəlxalq məsələlərdə xüsusi çəkisini itirmiş oldu: “Finlandiya NATO-ya üzv olmaqla özünün kimliyindən və müstəqil qərar qəbul etmək qabiliyyətindən tamamilə imtina etmiş oldu”.