Rusiyada qismən səfərbərlik çərçivəsində bütün fəaliyyətlər, habelə çağırış vərəqələrinin hazırlanması və çatdırılması dayandırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Noyabrın 1-dək qismən səfərbərlik çərçivəsində tədbirlərin başa çatdırılması barədə hesabatlar təqdim edilməlidir, müvafiq göstərişlər hərbi dairələrin komandirlərinə və Şimal Donanmasının komandanlarına göndərilib.
Nazirlikdən əlavə edilib ki, qismən səfərbərlik tədbirlərinin keçirilməsi üçün istifadə olunan sahələr, toplanış məntəqələri və tikililər əvvəlki qaydada fəaliyyətə başlayacaq, hərbi komissarlıqların şəxsi heyəti bu gündən etibarən əvvəlki qaydada öz vəzifələrinin icrasına başlayacaq.