Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini avqustun 29-dək uzadıb.
Digər ölkələr
22 Avqust , 2022 10:38
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini avqustun 29-dək uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Daha əvvəl bu müddət avqustun 23-dək uzadılmışdı. Rejimin müddəti artıq ardıcıl 30-cu dəfədir ki, uzadılır.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi