Rusiyanın ABŞ-dakı səfiri Moskvaya məsləhətləşmək üçün martın 20-də gələcək

Rusiyanın ABŞ-dakı səfiri Moskvaya məsləhətləşmək üçün martın 20-də gələcək Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoli Antonov martın 20-də ikitərəfli münasibətlərlə bağlı konsultasiyaların keçirilməsi üçün təyyarə ilə Moskvaya uçacaq
Digər ölkələr
18 Mart , 2021 05:43
Rusiyanın ABŞ-dakı səfiri Moskvaya məsləhətləşmək üçün martın 20-də gələcək
Anatoli Antonov

Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoli Antonov martın 20-də ikitərəfli münasibətlərlə bağlı konsultasiyaların keçirilməsi üçün təyyarə ilə Moskvaya uçacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyinin feysbukdakı səhifəsində yayılan bəyanatda deyilir.

"Rusiyanın ABŞ-dakı səfiri A.İ.Antonov 20 martda konsultasiyaya üçün təyyarə ilə Moskvaya uçur. Rusiya Xarici İşlər Nazirliyində və başqa nazirliklərdə görüşlərin gedişatında böhran vəziyyətində olan Rusiya-Amerika əlaqələrinin nizamlanması yollarını müzakirə etmək planlaşdırılır", - diplomatik missiyada qeyd ediblər.

Səfirlik qeyd edib ki, ABŞ və Rusiyanın münasibətlərində yaranmış vəziyyət Vaşinqtonun məqsədyönlü və qəsdən yürüdülən siyasətinin nəticəsi olub. Bəyanata əsasən, Rusiya ABŞ-la dialoqun qaydaya salınmasını dəstəkləyir.

Səfirlik qeyd edib ki, ABŞ rəhbərlərinin düşünülməmiş bəyanatları Moskva və Vaşinqtonun münasibətini təhlükə altına qoyur.

Son xəbərlər

Orphus sistemi