Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransanı hədələyib.
“Report” xəbər verir ki, Rusiya rəsmisi “Twitter”də aşağıdakı paylaşımı edib:
“Bu gün Fransanın hansısa naziri Rusiyaya iqtisadi müharibə elan etdiklərini deyib. Dediklərinizə fikir verin, cənablar! Unutmayın ki, bəşər tarixində iqtisadi müharibələr çox vaxt həqiqi müharibəyə çevrilib”.
Qeyd edək ki, Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer Rusiyaya qarşı qlobal miqyasda iqtisadi və maliyyə müharibəsi aparmağa hazır olduqlarını bildirmişdi.