Sabah, martın 18-də ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında telefon danışığı olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.
Məlumata görə, liderlər bir çox məsələlərlə yanaşı, Ukraynadakı durumu da müzakirə edəcəklər.