İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, bu gün dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filipin dəfn mərasimi karantin tədbirlərinə görə ixtisarlara məruz qalıb.
“Report” xəbər verir ki, iyunun 21-dək ölkədə tətbiq olunan sərt karantinlə bağlı dəfn mərasimində maksimum 30 nəfər iştirak edə biləcək.
Geniş ictimaiyyət nümayəndələrinin mərasimdə iştirak etməməsi israrla tövsiyə olunur.