Kembric hersoqu şahzadə Uilyamın bu ilin aprelində koronavirusa yoluxması aşkarlanıb, ancaq o, bu barədə bildirməməyə qərar verib.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, şahzadə Uilyam heç kəsi həyəcanlandırmamaq üçün belə qərar qəbul edib. Hersoq Norfolkda ailə evində təcrid edilib və həkimlər onun müalicəsi ilə məşğul olublar.
Qeyd edək ki, martın 25-də Britaniya taxtı varisinin dəftərxanası bildirib ki, şahzadə Çarlzın koronavirus testinin nəticəsi müsbət olub. Martın 27-də Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxması haqqında bildirib.
Oktyabrın 31-də Böyük Britaniya dünyada koronavirusa yoluxma hallarının sayına görə doqquzuncu ölkə olub. Birləşmiş Krallıq yoluxma hallarının sayına görə, ABŞ, Hindistan, Braziliya, Rusiya, Fransa, İspaniya, Argentina və Kolumbiyadan geri qalır.
Krallıqda COVID-19-a yoluxanların sayı 1 milyonu ötüb. Ölkədə 46 717 nəfər koronavirusdan ölüb. Bu, Avropada ən yüksək göstəricidir.