Fransanın keçmiş prezidenti Nikola Sarkozi korrupsiyada ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.
Bildirilib ki, cəzanın 2 ili şərtidir. O, real həbs cəzası almış ilk Fransa prezidentidir.
Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.