Ursula fon der Lyayen və Jozep Borrel Kiyevə gedib - YENİLƏNİB

Ursula fon der Lyayen və Jozep Borrel Kiyevə gedib - YENİLƏNİB Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.
Digər ölkələr
3 Fevral , 2023 14:56
Ursula fon der Lyayen və Jozep Borrel Kiyevə gedib - YENİLƏNİB

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də Kiyevdədirlər.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, onlar bu gün Aİ - Ukrayna sammitində iştirak edəcəklər.

İclas çərçivəsində Rusiyaya qarşı yeni sanksiyaların müzakirə olunacağı gözlənilir.

12.40

Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Onun sözlərinə görə, Avropa liderlərinin qətiyyəti olduğu kimi davam edəcək.

Qeyd edək ki, bu gün Kiyevdə növbəti Avropa İttifaqı (Aİ) - Ukrayna sammiti keçiriləcək.

Son xəbərlər

Orphus sistemi