Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) noyabrın 29-da tutduğu postu portuqaliyalı siyasətçi Antonio Kostaya (Antonio Costa) təhvil verəcək.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Antonio Kosta vəzifəsinin icrasına isə rəsmi olaraq dekabrın 1-də başlayacaq.
Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasının prezidenti postunu tutur.