“Rusiya çox ehtiyac duyulan taxılı daşıyan gəmilərin Qara dənizdə üzməsinə icazə verməlidir”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Yeni Dehlidə keçirilən mətbuat konfransında deyib.
“Kreml qidanı silaha çevirərək ən müdafiəsiz insanlara zərər verir. Aİ həmrəylik zolaqlarımız vasitəsilə alternativ ixrac marşrutları təqdim edir”, - deyə Ş.Mişel qeyd edib.
Şarl Mişel vurğulayıb ki, hazırda 250 milyondan çox insan kəskin qida təhlükəsizliyi problemi ilə üzləşir: “Bu, açıq-aşkar skandaldır ki, Rusiya Qara dənizlə taxıl təşəbbüsünü dayandırdıqdan sonra dəniz limanlarını bloklayır. Buna son qoyulmalıdır. Taxıl daşıyan gəmilər Qara dənizdən təhlükəsiz keçməlidir. Biz həmrəylik zolaqlarımız vasitəsilə alternativ ixrac marşrutları təmin etmək üçün çalışırıq. Biz Avropa İttifaqı ilə indiyədək 41 milyon ton taxıl çatdırmışıq”.