Səddam Hüseynin müdafiəsi üçün pul ayıran prezidentlərin adları açıqlanıb

Səddam Hüseynin müdafiəsi üçün pul ayıran prezidentlərin adları açıqlanıb Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi və Yəmənin sabiq dövlət başçısı Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıblar.
Digər ölkələr
30 Dekabr , 2021 07:54
Səddam Hüseynin müdafiəsi üçün pul ayıran prezidentlərin adları açıqlanıb

Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafi və Yəmənin sabiq dövlət başçısı Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıblar.

“Report” xəbər verir ki, bu barədə Səddam Hüseynin vəkili Büşra Xəlil “RİA Novosti”yə açıqlamasında bildirib.

“Vəkillər komitəsinin xərclərinə gəlincə, prezident Qəddafi bu məbləği Əmmanda komitənin ofisində işlədiyi üçün Raqedə (Səddam Hüseynin qızı-red) bağışladı, prezident Əli Abdulla Saleh də həmçinin bu məbləği bağışladı”, - Xəlil bildirib.

İraqın öldürülən keçmiş liderinin qızı Raqed Hüseyn ABŞ-ın İraqda hərbi kampaniyasının başlamasından sonra İordaniyaya köçüb və burada Səddam Hüseyni məhkəmədə təmsil edən vəkillər komitəsinin koordinatoru olub.

“Əmmandan Bağdada biletləri xanım Raqed təmin edib, digərləri də öz ölkələrindən onun hesabına uçublar, otellərin xərcləri isə komitənin büdcəsindən ödənilib”, - vəkil əlavə edib.

Qeyd edək ki, bu gün - dekabrın 30-u ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Səddam Hüseyni edam etməsinin 15-ci ildönümü tamam olur.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa hərbi müdaxiləsi 2003-cü ildə baş verib. Prezident Səddam Hüseyn beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə devrilib və edam edilib.

İraqın keçmiş lideri 6 aya yaxın amerikalılardan gizlənə bilib, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalanıb. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib.

Son xəbərlər

Orphus sistemi