Səfir: Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil

Səfir: Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil “Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil”.
Digər ölkələr
26 İyul , 2024 04:10
Səfir: Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil

“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil”.

“Report”un məlumatına görə, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Halperin “İzvestiya” qəzetinə bildirib.

“İndi İranla danışıqlardan heç bir söhbət gedə bilməz”, - deyə o vurğulayıb.

İran və İsrail arasında münasibətlər 2024-cü ilin aprelində pisləşib. Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna zərbələr endirib. Hücum zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun beş zabiti və iki generalı ölüb.

Aprelin 13-də Tehran İsrailin hücumuna cavab olaraq yəhudi dövlətinə PUA-lar və raketlər atıb. İran rəsmiləri hədəflərin yalnız hərbi hədəflər olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi