Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb

Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb Seneqal Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisi Lompul yaşayış məntəqəsinin yaxınlığındakı sahildə 202 qeyri-qanuni miqrantın olduğu qayıq aşkarlayıb.
Digər ölkələr
20 İyul , 2024 23:53
Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb

Seneqal Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisi Lompul yaşayış məntəqəsinin yaxınlığındakı sahildə 202 qeyri-qanuni miqrantın olduğu qayıq aşkarlayıb.

“Report”un məlumatına görə, bu barədə “Maghreb Arabe Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Dakardakı dəniz bazasına gətirilən miqrantlar hüquq-mühafizə orqanlarına təhvil verilib.

2023-cü ilin iyulunda Seneqal hakimiyyəti qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə milli strategiyanı təsdiqləyib. Belə ki, ölkənin Hərbi Dəniz Qüvvələri bu yolla Avropa ərazisinə çatmağa çalışan miqrantların sayını azaltmaq üçün Atlantik okeanının sahil sularında patrul xidmətini gücləndirib.

Son xəbərlər

Orphus sistemi