Serbiya Prezidenti Aleksandar Vuçiç nüvə müharibəsi risklərinə görə bomba sığınacaqları sisteminin vəziyyəti ilə bağlı narahatlığını bildirib.
“Report” xəbər verir ki, bu barədə TV Pink telekanalı məlumat yayıb.
"Bələdiyyə xidmətlərimizdən aldığım ilk hesabatlar, ordumuzun bomba sığınacaqları ilə bağlı hesabatı, hər an nüvə zərbəsinə tab gətirə biləcək sığınacaqlara nə qədər insan qəbul edə biləcəyimiz acınacaqlıdır və ən qısa müddətdə çox iş görməliyik", - o deyib.