Şərqi Qüdsdə İsrail təhlükəsizlik qüvvələri ilə ərəblər arasında toqquşma baş verib

Şərqi Qüdsdə İsrail təhlükəsizlik qüvvələri ilə ərəblər arasında toqquşma baş verib Şərqi Qüdsün Cəbəl əl-Mukabir məhəlləsində fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Digər ölkələr
31 Yanvar , 2023 13:26
Şərqi Qüdsdə İsrail təhlükəsizlik qüvvələri ilə ərəblər arasında toqquşma baş verib

Şərqi Qüdsün Cəbəl əl-Mukabir məhəlləsində fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

“Report” xəbər verir ki, bu barədə Fələstinin “Al Rai” agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli əhali İsrail hakimiyyətinin siyasətinə etiraz olaraq ümumi tətilə başlayıb. Ərəblər buradakı bir sıra küçələri bağlayıblar.

Cəbəl əl-Mukabirdəki toqquşmalarla bağlı məlumatı “Əl-Cəzirə” telekanalı da təsdiqləyib. Amma ölən və yaralananlar barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi