Səudiyyə Ərəbistanı kralı və Almaniya kansleri G20-i müzakirə etdilər

Səudiyyə Ərəbistanı kralı və Almaniya kansleri G20-i müzakirə etdilər Səudiyyə Ərəbistanının kralı Salman ben Adbel Əiz əl-Səud və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Digər ölkələr
10 Sentyabr , 2020 03:39
Səudiyyə Ərəbistanı kralı və Almaniya kansleri G20-i müzakirə etdilər
Salman ben Adbel Əiz əl-Səud

Səudiyyə Ərəbistanının kralı Salman ben Adbel Əiz əl-Səud və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə “Report” Səudiyyə Ərəbistanını SPA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, tərəflər G20-nin işini müzakirə ediblər.

Məlumata görə, iki lider G20-nin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizəyə yönəldilmiş iclasları çərçivəsində birgə səyləri müzakirə ediblər.

Agentlik bildirib ki, Angela Merkel danışığın gedişində Səudiyyə Ərəbistanının G20-nin iclaslarına hazırlıq və keçirilməsi üzrə səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında da G20-nin işini müzakirə ediblər. Telefon danışığı zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20-nin bu ilki işi, habelə təşkilatın iclasları zamanı COVID-19 pandemiyasının təsirini azaltmaq məqsədilə həyat və dolanışıqları qorumaq üçün göstərilən səylər müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi