Səudiyyə Ərəbistanı koronavirusa qarşı peyvəndlənməmiş dövlət və özəl şirkətlərin əməkdaşlarının iş yerlərinə getməsinə qadağa qoyub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Krallığın kadrlar və sosial inkişaf nazirliyinin yaydığı məlumatda deyilir.
“Koronavirusa qarşı vaksinasiya bütün sahələrdə – dövlət, özəl və xeyriyyə təşkilatlarında əməkdaşların iş yerlərinə gəlməsi üçün zəruri şərt olacaq”, – məlumatda bildirilir.
Nazirlik bütün işçiləri vaksinasiyaya hazırlaşmağa çağırıb.
Bir qədər öncə Səudiyyə Ərəbistanı rəsmiləri açıqlayıblar ki, mayın 17-dən etibarən peyvəndin hər iki dozası və ya səfərdən 14 gün əvvəl bir dozası ilə aşılanmış şəxslər ölkə xaricinə səyahət edə biləcəklər.