Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatlar fonunda təmkinli olmağa çağırıb

Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatlar fonunda təmkinli olmağa çağırıb Səudiyyə Ərəbistanı ABŞ və Böyük Britaniyanın Yəməndə husilərlə əlaqəli hədəflərə endirdiyi hava zərbələri işığında təmkinli olmağa və “eskalasiyadan çəkinməyə” çağırıb.
Digər ölkələr
12 Yanvar , 2024 06:52
Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatlar fonunda təmkinli olmağa çağırıb

Səudiyyə Ərəbistanı ABŞ və Böyük Britaniyanın Yəməndə husilərlə əlaqəli hədəflərə endirdiyi hava zərbələri işığında təmkinli olmağa və “eskalasiyadan çəkinməyə” çağırıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ər-Riyad vəziyyəti yaxından və “böyük narahatlıqla” izləyir.

“Krallıq naviqasiya sərbəstliyinin beynəlxalq tələb olduğu Qırmızı dəniz regionunda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulasa da, hadisələr fonunda təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırır”.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi