Səudiyyə Ərəbistanı polisi Həcc ziyarətində iştirak etmək istəyənlərdən dələduzluq yolu ilə pul toplamaqda şübhəli bilinən 15 nəfəri həbs edib.
“Report” “Newsru”ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Ziyarət Məsələləri üzrə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar sosial şəbəkədə mehmanxana nömrələri və nəqliyyat xidməti ilə bağlı reklam kampaniyası aparıb. Dələduzlar həm də qurban kəsilməsinə köməklik göstərəcəklərini təklif ediblər.