Sidneydə məktəbdə partlayış baş verib, 12 nəfər xəsarət alıb

Sidneydə məktəbdə partlayış baş verib, 12 nəfər xəsarət alıb Avstraliyanın Sidney şəhərindəki məktəblərin birində, kimya dərsində elmi təcrübələr zamanı biri müəllim, on biri 10-11 yaşlı şagird olan, ümumilikdə on 12 nəfər xəsarət alıb.
Digər ölkələr
21 Noyabr , 2022 14:34
Sidneydə məktəbdə partlayış baş verib, 12 nəfər xəsarət alıb

Avstraliyanın Sidney şəhərindəki məktəblərin birində, kimya dərsində elmi təcrübələr zamanı biri müəllim, on biri 10-11 yaşlı şagird olan, ümumilikdə on 12 nəfər xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər zərərçəkənlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyublar. İki uşağın vəziyyəti ağırdır.

Dərs zamanı baş verən partlayışdan sonra şagirdlər tibb müəssisəsinə yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi