Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb

Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb Sietlın (Vaşinqton ştatı) ətrafında baş vermiş silahlı insident nəticəsində azı beş nəfər həlak olub və bir nəfər yaralanıb.
Digər ölkələr
22 Oktyabr , 2024 08:46
Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb

Sietlın (Vaşinqton ştatı) ətrafında baş vermiş silahlı insident nəticəsində azı beş nəfər həlak olub və bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, hadisə bazar ertəsi səhər baş verib. Qonşuların atəş səsləri barədə məlumatından sonra polis evə gəlib. Evə daxil olan polislər beş nəfərin cəsədini aşkar ediblər: iki böyük və üç yeniyetmə. İnsident zamanı yaralanan daha bir gənc xəstəxanaya aparılıb.

Polis şübhəli şəxsi saxlayıb. “Reuters” agentliyinin məlumatına görə, o, 15 yaşlı yeniyetmə olub. Cinayətkarın kimliyi açıqlanmır, lakin qeyd olunur ki, ölənlər və hücum edən şəxs qohum olublar.

Polis araşdırmanı davam etdirir, cinayətkarın motivləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi