ABŞ hökuməti nüvə silahlarının ixtisarına dair Rusiya ilə aparılacaq danışıqlarda Çinin də iştirak etməsi barədə irəli sürülən şərtdən geri çəkilib.
“Report” “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli bildirib.
Hazırda Prezident Donalt Tramp administrasiyasının əvvəlcə Rusiya ilə siyasi razılaşma əldə etmək, sonra isə Çinin danışıqlara, daha sonra da imzalanacaq sazişə qoşulmasına nail olmaq niyyətində olduğu bildirilir.