İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəliyin "ən zərif" mərhələsindədir.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Milandakı “San-Raffaele” Xəstəxanasının İntensiv Terapiya bölməsinin rəhbəri Alberto Zanqrillo bildirib.
O, qeyd edib ki, pasiyent müalicəyə “optimal" reaksiya verir, həkimlər onun sağalması məsələsində "ehtiyatlı optimizm"i saxlayırlar. Bu halda Zanqrillo qeyd edib ki, Berluskoni pasiyentlərin ən zəif kateqoriyasına aiddir.
Həkimin sözlərinə görə, keçmiş baş nazir yaxın vaxtlarda xəstəxanadan evə buraxılmayacaq, çünki xəstəliyin müalicəsi vaxt tələb edir.
Daha əvvəl bildirilirdi ki, italyan siyasətçi Silvio Berluskoni koronavirusa yoluxub və Milan klinikasına yerləşdirilib. Onda ikitərəfli pnevmoniyanın əlamətləri aşkarlanıb.