Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib.
“Report” xəbər verir ki, o, aprelin 24-də 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rüstəm Tatar 1930-cu ilin oktyabrın 23-də Kiprin Baf rayonunun Yakacık kəndində anadan olub.
Ali təhsilini Böyük Britaniyada alıb.
O, Şimali Kipr Türk Respublikasının yaranması ilə nəticələnən danışıqlarda müşavir qismində iştirak edib.
1967-75-ci illərdə Kiprin maliyyə və büdcə işləri naziri olub.