Koreya Xalq Demokratik Respublikası (KXDR) müdafiəsini gücləndirmək üçün artilleriya təlimləri keçirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Pxenyan Vaşinqton və Seulu ona qarşı düşmənçilik siyasətindən əl çəkməyə çağırmaqda davam edir.
Təlimlər çərçivəsində mexanikləşdirilmiş birləşmələr arasında artilleriya atəşi yarışı keçirilib.
Artıq iki ildir nüvə danışıqlarında iştirak etməyən Şimali Koreya ABŞ-Cənubi Koreyanın avqust ayında keçirdiyi birgə hərbi təlimləri təhdid kimi qəbul edib və raket sınaqlarının tezliyini artırıb.
KXDR Xarici İşlər Nazirliyi bildirib ki, raket sınaqları keçirməklə ölkə özünü müdafiə etmək üçün qanuni hüququndan istifadə edir.