Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqləyib

Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqləyib Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası “Hvason-19” ballistik raket raketini buraxıb.
Digər ölkələr
1 Noyabr , 2024 04:30
Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqləyib

Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası “Hvason-19” ballistik raket buraxıb.

“Report”un məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi xəbər yayıb.

Qeyd olunub ki, raket maksimum 7 687,5 kilometr hündürlüyə qalxaraq 1000 kilometrdən çox məsafə qət edib.

Yaponiyanın Müdafiə Nazirliyi bildirib ki, raket Hokkaydo adasından 200 kilometr məsafədə suya düşüb. Raketin uçuş vaxtı 86 dəqiqə çəkib. Şimali Koreyanın indiyədək ən çox uçan ballistik raketi təxminən 7 min kilometr yüksəklik olmaqla 1000 kilometr məsafə qət edib.

KXDR, həmçinin 5,5 min kilometr uçuş məsafəsi olan qitələrarası “Hvason-13”, 12,87 min kilometr məsafə qət edən “Hvason-14” raketlərinə də malikdir.

Son xəbərlər

Orphus sistemi