Şimali Koreya lideri Kim Çen In döyüş hazırlığını yüksəltmək üçün silah istehsalını artırmaq barədə sərəncam verib.
"Report" xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.
Həftəsonu Kim qanadlı raketlər, təyyarələr və reaktiv yaylım atəşi sistemlərinin istehsalı üçün müdafiə zavodlarına baxış keçirib.
Bundan əlavə, o, strateji silahlar üçün müxtəlif növ qabaqcıl mühərriklərin kütləvi istehsalına çağırıb.