Koreya Xalq Demokratik Respublikası ordusu (KXDR) yaxın mənzilli iki raket buraxıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqondakı anonim mənbələrə istinadən
Qeyd edilir ki, raketlər ötən istirahət günü, rəsmi Pxenyanın Cozef Bayden administrasiyası ilə danışıqlarda iştirakdan imtinasından sonra buraxılıb.
Rəsmi Pentaqon bu hadisəni şərh etməkdən imtina edib.
Vaşinqton bir ay Pxenyanla danışıqlar və eskalasiya riskini azaltmaq üçün əlaqə saxlamağa çalışıb, ancaq ABŞ-ın bütün cəhdləri uğursuz olub.
Bir az sonra Koreya Xalq Demokratik Respublikası hakimiyyəti bildirib ki, Vaşinqton Pxenyan barəsində düşmənçilik siyasətindən imtina etməyincə, ABŞ prezidenti Cozef Bayden administrasiyası ilə əlaqədə olmayacaqlar.