Şimali Makedoniyanın baş naziri Zoran Zaev tutduğu vəzifədən getdiyini və hakim Makedoniya Sosial Demokrat İttifaqı Partiyasının rəhbəri postunu tərk etdiyini bildirib.
“Report” xəbər verir ki, siyasətçinin açıqlaması partiyanın feysbuk səhifəsində yayımlanıb.
“Mən Makedoniyanın baş naziri və Sosial Demokrat İttifaqının sədri vəzifəsindən istefa verirəm”, - o deyib. “Fəxr edirəm ki, biz ölkəni NATO blokuna daxil etmişik”, - siyasətçi əlavə edib.
Zayevin istefa bəyanatı Şimali Makedoniyada müxalifətin uğur qazandığı bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulduqdan sonra verilib.