Sindzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq

Sindzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq Sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş baş naziri Sindzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq.
Digər ölkələr
11 İyul , 2022 15:31
Sindzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq

Sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, S.Abe zəncirli Ali Xrizantema ordeni ilə təltif olunacaq. Yaponiyada bu orden yalnız şəxsin ölümündən sonra verilir. Mərhum siyasətçi bu mükafatı alacaq dördüncü keçmiş Baş nazir olacaq.

Ali Xrizantema ordeni 19-cu əsrdə yaradılıb. O, ağ mina şüaları olan dördguşəli qızılı işarədən ibarətdir, mərkəzində qırmızı günəş, dörd tərəfində isə yaşıl yarpaqlı sarı xrizantema çiçəkləri var.

Xatırladaq ki, S.Abeyə qarşı sui-qəsd iyulun 8-də, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib. 41 yaşlı yapon Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş Baş nazirə iki dəfə atəş açıb. Helikopterlə təcili xəstəxanaya çatdırılan 67 yaşlı mərhum siyasətçinin həyatını xilas etməyə çalışan həkimlərin bir neçə saatlıq əməyi nəticəsiz qalıb və onu xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi