Sinqapurda prezident seçkiləri keçirilir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, seçki məntəqələri Bakı vaxtı ilə saat 16:00-a qədər açıq olacaq.
Ölkədə 1,2 min seçki məntəqəsi var. Hakimiyyət seçicilərə seçki məntəqələrinin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyi barədə xəbərdarlıq edib və onlardan ictimai nəqliyyatdan istifadəni xahiş edib.
Seçkilərdə üç namizəd var: keçmiş baş nazirin müavini Tharman Şanmuqaratnam, maliyyəçi Nq Kok Sonq və iş adamı Tan Kin Lian. Bu il Sinqapurda yaşayan hər üç etnik qrupdan (çinlilər, malaylar, hindlilər) namizədlər prezidentliyə müraciət edə bilərlər, çünki onların hər birinin nümayəndələri son beş kampaniyada (1993-cü il seçkilərindən sonra) seçiliblər.
Hazırkı prezident Həlimə Yakob ikinci müddətə namizəd olmayacaq. Seçkinin qalibi nisbi səs çoxluğunu toplayan namizəddir. Yaşı 21-dən yuxarı olan vətəndaşlar (təxminən 2,7 milyon nəfər) səsvermə hüququna malikdir. Səsvermədə iştirak məcburidir, əks halda şəxs növbəti seçkidə səsvermə hüququndan məhrum edilir.